Ermənistandan daha bir alçaq addım: Mülki erməniləri qurbana çevirir

15:33 / 15.10.2020
1423

Hərbi müstəvidəki uğursuzluğunu həzm edə bilməyən Ermənistan rəhbərliyi alçaq üsullara əl atmaqda davam edir.

Yenisabah.az xəbər verir ki, rəsmi İrəvanın göstərişi ilə Dağlıq Qarabağdakı seprataçı rejimin rəhbərliyi mülki əhalinin bölgədən çıxmasını qadağan edib.  Separatçı rejiminin rəhbəri Arayik Arutyunyan sosial şəbəkə hesabında yazıb ki, Dağlıq Qarabağda qalan mülki ermənilərin çıxışının qarşısını almaq üçün göstəriş verib.

Bundan sonra Dağlıq Qarabağı tərk edənlər müharibə qanunları ilə sərt cəzalandırılacaq. Yalnız xüsusi icazə kağızı olanların bölgəni tərk etmələrinə icazə verilir.

Beləliklə, separatçı rejim faktiki olaraq mülki əhalini hədəfə gətirmək istəyir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, mülki əhaliyə qarşı hər hansı addım atılmayacaq. Azərbaycan Ordusunun hədəfi Ermənistan silahlı qüvvələri və İrəvanın bölgəyə yerləşdirdiyi terroçu qruplardır.

1