Ermənistan hakim partiyasının rüsvayçılığı

19:07 / 22.10.2020
1518

Ermənistanda hərbi vəziyyətin ilk günündən KİV-lərə, şəxslərə “birlik ruhu”na xələl gətirəcək, çaxnaşma və parçalanma yaradacaq məlumatların yayılmasını, habelə qoşun yerdəyişməsi, yerləşməsi, sayı, eləcə də ölülər haqqında informasiya nəşr olunmasını qadağan edirlər.

Erməni mətbuatında dərc olunan məqalələrdən birində deyilir ki, Ermənistan hakimiyyəti günlər ərzində bu məsələdə sərtləşdirmələrə getdi və faktiki olaraq KİV-lər məmurların açıqlamaları, çıxışları, qeydləri haqqında qiymətləndirmə ilə çıxış etmək hüququndan məhrum edilib, hətta yalan və həqiqi olmayan məlumat yayılsa belə...

“Lakin bu, Baş nazirin cəbhədə olan oğlu haqqında piar qeydləri ilə feysbuku doldurmağa mane olmur.

Səhər tezdəndən bir qrup deputat və nazirlər bu cür qeydlər yayaraq cəmiyyət arasında böyük qəzəb yaradırlar. “Mənim addımım” fraksiyasının deputatı Varazdat Karapetyan öz səhifəsində qeyd yerləşdirən ilk şəxs idi. O bildirmişdi ki, Gorus xəstəxanasından həkim yoldaşı ona yazıb ki, Cəbrayıldan əsgər gətiriblər, “Qrad” vurub, hamısı qaçıblar, bir neçəsi və Aşot qalıb.

Deputat əslində Paşinyanın oğlunun olduğunu yeri bildirib və qaçış haqqında danışıb. Müharibə vəziyyətində ali baş komandanın, yüksək rütbəli rəsmilərin və onların övladlarının yerləşdiyi yer məhz o insanlar üçün açıq şəkildə ciddi təhlükələr ehtiva edir. Bundan əlavə, deputatın yaydığı məlumata əsasən, bir “Qrad”dan qaçan, vətən xaini, qorxaq qoşunla işimiz var. Heç bir KİV düşmənin su dəyirmanına bundan çox su doldura bilməzdi. Karapetyanın qeydi bütün internetdə işıq sürəti ilə yayıldı, hakim nazir və deputatlar onu öz səhifələrində yerləşdirməyi özlərinə borc bilmişdilər. Ancaq Milli Təhlükəsizlik Xidməti müəyyənləşdirir ki, Aşot Paşinyanla bağlı qeyd olunan qeyddə pozuntu tapmır.

Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzindən bu barədə bildiriblər: “Müvafiq qeyddə və sonuncu ilə bağlı fəaliyyətlərdə Ermənistan hökumətinin 2020-ci il 27 sentyabr tarixli, “Ermənistanda hərbi vəziyyətin təsdiq olunması haqqında” 1586-N nömrəli tələblərin pozuntuları mövcud deyil”

Qeyd edək ki, bu qərarla müəyyənləşdirilmiş məhdudiyyətlər dövlət məmurları tərəfindən hazırlanmış hesabatlara və ya onların hesabatlarına edilmiş istinadlara qarşı tətbiq olunmur, lakin burada söhbət deputatın nəşrini məhdudlaşdırmaqdan yox, təhlükəsizlikdən gedir”, - deyə məqalədə bildirilir.

0
ordu.az