İzmirdə zəlzələ nəticəsində 25 nəfər ölüb, 831 nəfər yaralanıb - YENİLƏNİB

DÜNYA
12:52 / 31.10.2020
762

İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 25-ə, xəsarət alanların sayı 831-ə çatıb.

HİT.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Hazırda səkkiz binada axtarış-xilasetmə işləri davam etdirilir. 100 nəfər dağıntılar altından xilas olunub.

*****

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

HİT.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 24 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 804 nəfər xəsarət alıb.

4