Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır

DÜNYA
10:26 / 03.11.2020
685

Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat qətiyyən həqiqətə uyğun deyil.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir. Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır", - məlumatda qeyd olunub.

0