“Avropa ölkələrində uşaqlar arasında yayılan kavasaki virusunun koronavirusun tərkib hissəsi olması məsələsi araşdırılır”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn brifinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, COVID-19 ən az uşaqlara təsir edir:
“Ölüm faktları olsa da, bu, çox az saydadır. Valideynlərə burdan üzümü tutub deyərdim ki, koronavirus uşaqlar üçün yüksək risk deyil. Kavasaki barədə isə hələlik dəqiqləşən bir fakt yoxdur”.
Mənbə: Report.az