Avstraliyanın baş naziri Entoni Albanese Vaşinqtonun ölkədə tətbiqi planlaşdırılan yeni məhdudiyyətlərin ABŞ-a məxsus sosial şəbəkələrə şamil edilməməsi ilə bağlı çağırışını rədd edib.
HİT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Albanese bildirib ki, Avstraliyanın milli maraqlarını müdafiə edəcək.
“Mən həmişə Avstraliyanın milli maraqlarını müdafiə edəcəyəm. Söhbət nəzarəti hökumətə ötürməkdən yox, insanların öz cihazlarında qarşılarına çıxan məzmun üzərində nəzarəti geri qaytarmasından gedir”, deyə o bildirib.
Avstraliyada 10 dekabr 2025-ci ildən etibarən milli səviyyədə 16 yaşdan aşağı uşaqların bir sıra sosial platformalardan istifadəsinə məhdudiyyətlər qüvvədədir.
Sentyabrın 14-də “Politico” qəzeti Avropa Komissiyasının (AK) birlik ölkələrinin hamısında internet platformalarından istifadə üçün yaş məhdudiyyəti tətbiq etmək istədiyini yazıb.
Qeyd olunur ki, 13 yaşdan aşağı uşaqlar üçün hesabları valideynlər yarada və səhifəyə tam nəzarət edə biləcəklər. 13-15 yaş arası yeniyetmələr üçün məhdudlaşdırılmış hesablar nəzərdə tutulur. Bu hesablar vasitəsilə tanımadıqları şəxslərlə sərbəst ünsiyyət qurmaq mümkün olmayacaq. 15 yaşdan sonra isə yeniyetmələr öz səhifələrini yarada biləcəklər.
Samir


