Prezident və arvadı karantin qaydalarını belə pozdu

DÜNYA
12:03 / 25.05.2020
1146

Avstriya polisi Prezident Aleksandr Van der Bellen və həyat yoldaşınının karantin qaydalarını pozmasını aşkara çıxarıb.

“Kronen Zeytunq” xəbər verir ki, Prezident və arvadı saat 23:00-da sonra italyan kafesində olublar.

Belə ki, saat 00:20-də polis “Sole” kafesinə gələrək Bellen, həyat yoldaşı və digər şəxslərin olduğu masa arxasında müxtəlif içkilər aşkar edib.

Polis baxış keçirən zaman hər hansı xoşagəlməz hal yaşanmayıb. Qonaqlar mehriban tərzdə davranıblar.

Daha sonra Prezident Tvitter səhifəsində olaya aydınlıq gətirib. O, baş verən hadisəyə görə üzrxahlıq edib. Bellen dostları söhbət etdiyindən vaxtın necə keçməsindən xəbərdar olmadığını bildirib. Üstəlik, Bellen kafe sahibinə müraciət edərək, hər hansı zərər dəyəcəyi halda ödəməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, koronavirus pandemiyasından dolayı Avstriyada saat 23:00-dan sonra kafelərin, restoranların fəaliyyəti qadağandır.

0
axar.az