Rza Zərrab adını və işini dəyişdi - FOTOLAR

DÜNYA
19:43 / 22.10.2021
861

Əslən cənubi azərbaycanlı olan iş adamı Rza Zərrab ABŞ-da azadlığa buraxıldıqdan sonra adını və işini dəyişib.

Adını Aaron Qoldsmis olaraq dəyişdirən Zərrab atçılıq mərkəzi işlətməyə başlayıb. “Next Level Performance Center” adlı şirkət quran iş adamı atları yarışlara hazırlayır. Floridada qurulan mərkəzdə işini davam etdirən Zərrab hazırda Sonata adlı atı yarışa hazırladığını deyib:

“20 ildir bu sahədəyəm. Çox şükür arxamda güclü komanda var. bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”. 

Xatırladaq ki, Zərrab müğənni Ebru Gündeşdən bu ilin mayında boşanıb. İddiaya görə, Rza Gündeşə Hadisə ilə xəyanət edib.

0
“Qafqazinfo”