İspaniyada polis yaşayış evlərindən birində 75 yaşlı kişinin meyitini aşkarlayıb. Məlumata görə, onun həyat yoldaşı və yetkin qızı təxminən iki il ərzində meyitlə birlikdə həmin evdə yaşayıb.
HİT.az xəbər verir ki, bu barədə "EFE Noticias" məlumat yayıb.
Hadisə Barselona yaxınlığındakı Kabreira-d'Anoiya bələdiyyəsində baş verib. Qonşular evdə yaşayanları uzun müddətdir görmədiklərini və binanın ətrafında zibil və çirkabın toplandığını bildirərək polisə müraciət ediblər.
Hadisə yerinə gələn əməkdaşlar evdə iki qadın və ev sahibinin meyitini aşkarlayıblar. İlkin məlumatlara görə, kişi təxminən iki il əvvəl təbii səbəblərdən ölüb. İlkin baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib.
Meyit ölümün dəqiq səbəbini və təxmini vaxtını müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Polisin məlumatına görə, qadınlar ən azı COVID-19 pandemiyası dövründən bəri demək olar ki, evdən çıxmayıblar.
Ana və qız saxlanılmayıb. Hazırda onlara tibbi və sosial xidmətlər tərəfindən yardım göstərilir.
Samir


