Amerikanın beşinci nəsil F-35 qırıcısına aid ehtiyat hissələri naməlum səbəbdən ABŞ-a deyil, Çinin Honkonq şəhərinə göndərilib. Bu hissələrin istifadəyə yararsız olduğu bildirilir.
HİT.az xəbər verir ki, bu barədə "CBS" Pentaqonun adının açıqlanmasını istəməyən nümayəndəsinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, F-35 proqramının birgə idarəetmə ofisi və ABŞ-ın Hərbi Nazirliyi “istifadəyə yararsız F-35 Lightning II komponentlərinin çatdırılması” ilə bağlı problemdən xəbərdardır.
Müdafiə Nazirliyindən bildirilib ki, qurum komponentlərin əldə edilməsi, insidentin araşdırılması və belə halların gələcəkdə təkrarlanmaması üçün tədbirlərin hazırlanması məqsədilə ABŞ hakimiyyəti və istehsal üzrə tərəfdaşlarla fəal əməkdaşlıq edir.
Sentyabrın 18-də "Politico" anonim mənbələrə istinadən F-35 qırıcısının hissələrinin səhvən Çinin Honkonq şəhərinə gətirildiyini və yükün sonrakı taleyinin naməlum qaldığını yazıb.
"Bloomberg" jurnalistləri isə təyyarə hissələrinin Çin dövlətinin əlinə keçdiyini müəyyənləşdiriblər. Nəşrin məlumatına görə, onların Çində necə peyda olması ya kiminsə xidməti vəzifələrinə qəsdən səhlənkar yanaşdığını, ya da dövlətə xəyanət ehtimalını göstərir.
Samir


