Argentinada yüzlərlə balina balası müəmmalı infeksiyadan tələf oldu

DÜNYA
19:58 / 25.09.2026
42

Son həftələr Argentinanın cənubundakı sahillərə yüzlərlə ölmüş cənub hamar balinasının balası çıxıb. Ölüm hallarının xüsusilə çoxu Çubut vilayətində qeydə alınıb. Burada ilk belə hallar hələ iyun ayında aşkarlanmağa başlayıb.

Tiraj.az xəbər verir ki, alimlər ölümə səbəbin qızıl yel xəstəliyi ola biləcəyini ehtimal edirlər. Bu, ağrı və yüksək temperaturla müşayiət olunan ciddi bakterial dəri infeksiyasıdır.

Dəniz bioloqu Mariano Kosarsellanın sözlərinə görə, çox güman ki, söhbət ölümün təbii səbəbindən gedir. Bununla belə, insan fəaliyyətinin təsirini tamamilə istisna etmək hələ mümkün deyil.

Puerto-Madrín və yaxınlıqdakı Valdes yarımadası cənub hamar balinalarının ən mühüm çoxalma ərazilərindən biridir. Ötən il burada rekord sayda – 2110 balina, o cümlədən 800 bala qeydə alınıb.

Bu il isə 1375 heyvan müşahidə edilib və onların təxminən 400-ü bala olub.

Bununla belə, tədqiqatçılar hazırkı ölüm hallarını hələlik bütün populyasiya üçün təhlükə hesab etmirlər. Cənub hamar balinaları orta hesabla 60 ildən çox yaşayır.

Samir
 

0