"KazTransOil" SC-nin İdarə Heyətinin sədri Dimaş Dosanov və "QazaqGaz" Milli Şirkəti SC-nin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib.
“Qafqazinfo” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə “Samruk-Kazyna” Dövlət Fondu məlumat yayıb.
“QazaqQaz Milli Şirkəti SC-nin Direktorlar Şurasının 14 yanvar 2022-ci il tarixli qərarına əsasən, K.K.Şaripbayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
D.Dosanov Nursultan Nazarbayevin kiçik qızı - Aliyənin həyat yoldaşıdır.
Bəzi KİV-lərin məlumatına görə, K.Şaripbayev isə Qazaxıstanın ilk prezidentinin böyük qızı - Dariqa ilə qeyri-rəsmi nikahdadır.