DÜNYA
12:15 / 19.03.2022
8353

SSRİ mağazaları FOTOlarda - DƏHŞƏTLİ MƏNZƏRƏ

Alıcıları mağazalarda boş piştaxtalar və kədərli satıcılar qarşılayırdı.

O dövrü təsəvvür etmək üçün aşağıdakı fotoicmalı təqdim edirik.

1. Ət bölməsinə uzun növbə və boş daxıllar

Yaxşı ət mağazalara ya heç gətirilmirdi, ya da artırılmış qiymətlə tanışlıq üzrə satılırdı.

2. Çatışmayan meyvə və tərəvəzlər

Meyvə və tərəvəzlər də həmçinin defisit idi. Kolxozların çatdırmaması, çuğundur, kələm və soğanı qızılla bərabər edirdi.

3. Yerli istehsalat malları

İnsanlar yerli tekstildən də yararlana bilmirdilər.

4. Yaxşı corablar və qadın kolqotkaları da defisit idi.

Paltarlardan əsasən yaxşı corablar və qadın kolqotkaları defisit idi. Əhali deşikli corabları heç vaxt tullamırdı.

5. Yun idman kostyumları.

Bəzi şəhərlərdə hətta göy rəngli, adi sovet yun idman kostyumları da çatışmayan mallar sırasında idi.

6. Mallar üçün talonlar.

Ən çox ehtiyac yaranan mallar talonlarla satılırdı.

7. Alkoqol üçün uzun növbələr.

Alkoqol almaq üçün uzun növbələr düzülürdü - bu hal, əsasən Qorbaçovun antialkaqol siyasətindən sonra başlandı.

8. Talonlar və mal kitabçaları. 

Bir halda ki, pul ekvivalentində malın qiymətini nizama salmaq mümkün deyildi, hökumət müxtəlif əlavə vasitələrdən istifadə etdi - talonlar və mal kitabçaları meydana çıxmağa başladı.

9. Böyük bir mağazada sovet sənayesinin cəmi bir neçə malı.

Mal defisitinin ən kəskin dövrlərində böyük mağazanın bölməsi haradasa təxminən belə görünürdü. 

10. Çatışmayan siqaretlər.

Siqaret çatışmazlığı o həddə çatmışdı ki, insanlar tütün alaraq, əldəqayırma filtersiz siqaretlər çəkməyə məcbur idi.

11. O vaxtların tipik mənzərəsi.

O vaxtların tipik mənzərəsi - hansısa bir çatışmayan malı almaq üçün quyruq.

12. Nüfuzlu peşə.

Satıcılıq peşəsi çox nüfuzlu idi.

13. Boş piştaxtalar.

Mağazaların durumu və Avropadan ən azı 30 il geri qalan zavallı əhali...

4