Yer çökdü - Təcili yardım maşınları torpağın altda qaldı 

DÜNYA
08:56 / 04.04.2022
1513

Rusiyanın Nijni Novqorod vilayətində iki təcili yardım maşını Poçinkovskaya Mərkəzi Rayon Xəstəxanasının qarajında torpağa çöküb.

Hit.az “Vesti.ru” saytına istinadən xəbər verir ki, bu barədə Nijni Novqorod Milli Telerradio Yayım Şirkəti məlumat yayıb.

Hadisəyə səbəb qarın sürətlə əriməsi olub.Regional Səhiyyə Nazirliyinin rəhbəri David Məlik Hüseynovun sözlərinə görə, xidməti avtomobillər köhnə olub.

Onlar ehtiyyat hisslərinin sökülməsi üçün dayanacaqda saxlanılırdı.

Sabah isə maşınların torpağın üst qatına çıxarılması istiqamətində işlərin aparılması planlaşdırılır.

0