"Putinin tankları Ukrayna xalqının ruhunu sındıra bilməyəcək" - Conson

DÜNYA
14:38 / 04.04.2022
1055

Putin ordusunun silahları və tankları heç vaxt Ukrayna xalqının ruhunu sındıra bilməyəcək.

"Unikal" xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson "Twitter"də yerləşdirdiyi videoda bildirib.

"Vladimir Putinin arsenalında olan bütün tanklar və silahlar heç vaxt Ukrayna xalqının ruhunu sındırmayacaq və onlarınn Vətənini fəth etməyəcək. Britaniya heç vaxt dostlarımızı dəstəkləməkdən geri çəkilməyəcək və mən şübhə etmirəm ki, bu şəhidlik dövrü başa çatdıqdan sonra Ukrayna ayağa qalxacaq və bir daha azad və suveren xalqlar arasında yerini tutacaq", - Conson deyib. O əlavə edib ki, Rusiya işğalında ukraynalılar yenilməz cəsarətlə vətənlərini müdafiə edirlər:

"Biz Britaniyada ukraynalıların şücaətinə və vətənpərvərliyinə heyranıq. Bizim işimiz onlara dəstək olmaqdır".

0