DÜNYA
16:53 / 18.09.2023
274

Gürcüstanda Qərb-Rusiya toqquşması: Çeviriliş ola bilər?

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti  ölkədə zorakılıqla hakimiyyət dəyişikliyinin planlaşdırılmasl barədə məlumat yayıb.

Bildirilir ki, bir qrup insan bu ilin oktyabr-dekabr aylarında ölkədə sabitliyin pozulması və vətəndaş iğtişaşları planlaşdırır. 

Maraqlıdır, deyildiyi kimi, Gürcüstanda iğtişaşlar ola bilərmi? 

Bu barədə Hit.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Gürcüstanda bu gün vəziyyət gərgindir:

"Prezidentin impiçment edilməsi ilə bağlı da fikirlər səsləndirilir. Bununla bağlı parlamentə tədqimat göndərilməlidir. İndiki prezident Qərbyönümlü şəxsdir, amma onun səlahiyyətləri o qədər də çox deyil. Mövcud hökumət isə Rusiyayönümlü olan İvanaşvilinin kadrlarıdır. Bu da Qərb Rusiya toqquşması kimi dəyərləndirilə bilər. Amma yeni hakimiyyət çevirilişinin edilməsi ilə bağlı iddialar qabaqdan gəlmişlikdir. Çalışırlar ki, desinlər ki, baş verə biləcək iğtişaşdan məlumatımız var və bunun qarşısını alırıq. Yəni bunun kimi mesaj verməyə çalışırlar. Üstəlik hər vəziyyətdə Qərb mövcud hökumətdən narazılığını bildirməyə başlayıb. Buna görə də indidən nəsə demək çətindir".

Aynur Əli

0