Litva: \"Kiyev Moskvanın qarşısında dayanmasa, Qərb itkilər verəcək\"

19:06 / 28.11.2023
239

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib ki, Qərb Ukraynadakı münaqişənin onun üçün nə demək olduğu barədə “kifayət qədər açıq və dürüst deyil”. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Moskva və Kiyev arasındakı qarşıdurma regional problem kimi təqdim olunur.

Landsbergisin sözlərinə görə, Ukraynanı dəstəkləyən dövlətlər başa düşmürlər ki, strateji mənada “Rusiya Qərbi sarsıtmağa çalışır” və Kiyev Moskvanın qarşısında dayanmasa, onun müttəfiqləri itkilər verməyə başlayacaq.

Nazirin fikrincə, Qərb münaqişənin əslində nə demək olduğu barədə kifayət qədər açıq və dürüst deyil. O qeyd edib ki, bu, gərginlik qorxusu ilə bağlı ola bilər.

“Əksər hallarda biz bunu regional, hələ də bizə heç də təsir etməyən bir problem kimi təqdim etməyə çalışırıq. Bu, müzakirələrin mərkəzində olması lazım olan böyük siyasi məsələdir. Tarixlə maraqlanan biri kimi qorxuram ki, biz Pearl Harboru gözləyirik. Biz bütün mərhələlərdən keçdik, amma inanırıq ki, Pearl Harbor baş vermədiyi üçün hər şey qaydasındadır”, deyə Landsbergis fikrini yekunlaşdırıb.

Samir

0