Gürcüstan prezidenti müxalifətlə əməkdaşlıqda günahlandırıldı

14:58 / 28.11.2023
244

Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin ən böyük müxalifət qüvvəsi olan Vahid Milli Hərəkat Partiyasının nümayəndələri ilə bir sıra canlı görüşlər keçirib. 

HİT.az Gürcüstanın Birinci Kanalına istinadən xəbər verir ki, bunu hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının rəhbəri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, bu, dövlət başçısı üçün ağlasığmaz hərəkətdir.

"Həqiqətən yöndəmsiz hərəkət idi. Təsəvvür edin, bir tərəfdə Zurabişvili, digər tərəfdə isə onu sözün əsl mənasında söyən insanlar... Bu, ayıb və biabırçılıqdır", deyə Kobaxidze bildirib.

O əlavə edib ki, Gürcüstan prezidenti Vahid Milli Hərəkat və onun müttəfiqlərinin tərəfində 2024-cü il seçki kampaniyasının birbaşa iştirakçısına çevrilib. Kobaxidze əlavə edib ki, qarşıdan gələn parlament seçkiləri layiqincə keçiriləcək və buna görə dövlət orqanları məsuliyyət daşıyacaq.

Samir

0