Federal baş nazir: "Ukrayna müharibəsi dalana dirənib, dondurulması lazımdır"

DÜNYA
21:12 / 28.11.2023
344

Almaniyanın Saksoniya federal əyalətinin baş naziri Mixael Kretçmer kansler Olaf Şolts hökumətini Ukraynadakı hadisələrlə bağlı Berlinin mövqeyini yenidən nəzərdən keçirməyə çağırıb. Onun fikrincə, qarşıdurma dalana dirənib və münaqişənin dondurulması variantını nəzərdən keçirmək lazımdır. 

HİT.az xəbər verir ki, o, bu barədə “Tagesspiegel” nəşrinə müsahibəsində bildirib.

Kretşmerin fikrincə, nə Moskva, nə də Kiyev hərbi əməliyyatlarda həlledici üstünlüyə nail ola bilmir.

“Almaniya xarici işlər naziri diplomatik təşəbbüslər yerinə yetirmək əvəzinə deyir ki, indi diplomatiya vaxtı deyil. Xanım Berbok həmişə yalnız silah tədarük etmək istəyir və bu kifayət deyil”, deyə Kretşmer bildirib.

O, həmçinin deyiv ki, hazırda münaqişəni dondurmaq iradəsi lazımdır: 

"Etiraf etmək lazımdır ki, Moskva və Kiyev arasındakı münaqişə bu nəsildə həll olunmayacaq, Ukrayna ərazisinin hər kvadratmetri dərhal azad edilə bilməz".

Bundan əvvəl Zelenski demişdi ki, Kiyev Moskva ilə münaqişənin dondurulmasına icazə verə bilməz, yalnız başa çata bilər. Belə olan halda, dövlət başçısı əmindir ki, Ukrayna hər an, sözün əsl mənasında daim yenilənmiş hərbi əməliyyatlar riski altında yaşayacaq.

Samir

 

0