NATO Ukraynanı Alyansa dəvət etmək qərarına gəlib, amma...

DÜNYA
16:30 / 28.11.2023
238

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynanın gələcəyi NATO-dadır və Alyans liderləri artıq ölkəni dəvət etmək qərarına gəliblər, lakin hələlik bunu etməyəcəklər. 

HİT.az xəbər verir ki, o, bu barədə Macarıstanın "Index" nəşrinə müsahibəsində deyib.

“Ukraynanın gələcəyi NATO-dadır. Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır və biz üzvlük yolunda lazımi islahatların aparılmasında onu dəstəkləməyə davam edəcəyik. NATO liderləri bütün şərtlər yerinə yetirildikdə və müttəfiqlər razılaşdıqda, Ukraynanı üzvlüyə dəvət etməyə qərar verdilər”, deyə Stoltenberq bildirib.

Alyansın baş katibi xatırladıb ki, 2023-cü ildə NATO ölkələri Ukrayna ordusunun NATO standartlarına keçməsi proqramı üzrə razılığa gəlib, həmçinin Kiyevin dərman, yanacaq və digər ehtiyaclarının tədarükü üçün yarım milyard avro ayırmağı öhdəsinə götürüb.

Samir

 

0