AK rəhbəri: "Aİ-nin müdafiə strategiyasına Ukrayna da daxil olmalıdır"

DÜNYA
22:05 / 30.11.2023
291

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Müdafiə Agentliyinin illik konfransında çıxışı zamanı deyib ki, Avropa İttifaqının müdafiə strategiyasına Ukrayna da daxil olmalıdır. 

HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

AK rəhbərinin sözlərinə görə, Ukrayna hərbi ehtiyaclarını ödəmək üçün Aİ-nin müdafiə proqramlarına inteqrasiya edilməlidir.

“Bizim strategiyamız yalnız o zaman tam ola bilər ki, o, həm də Ukraynanın ehtiyaclarını və sənaye potensialını nəzərə alsın”, deyə fon der Leyen bildirib.

Ursula fon der Leyen deyib ki, Ukraynanın döyüş meydanındakı uğursuzluqları Kiyevə dəstəyi dayandırmaq üçün səbəb deyil:

“Bəli, döyüş meydanında vəziyyət çox ağırdır, lakin bu, dəstəyi dayandırmaq üçün səbəb deyil, əksinə, onu gücləndirmək üçün bir səbəbdir”.

Həmçinin, onun sözlərinə görə, 2024-cü ildə Aİ hər il bir milyon sursat istehsal edə biləcək.

Samir

0