Zelenski Rişi Sunakdan nə istəyib?

DÜNYA
20:06 / 30.11.2023
341

Ukrayna lideri Volodimir Zelenski ilə Böyük Britaniyanın baş naziri Rişi Sunak arasında telefon danışığı olub. 

HİT.az xəbər verir ki, X sosial şəbəkəsində (keçmiş Twitter) o, Londondan Ukraynaya daimi hərbi yardıma görə Britaniya Nazirlər Kabinetinin rəhbərinə təşəkkür etdiyini qeyd edib.

“Cəbhə bölgələrinə səfərlərimdən sonra mən baş nazirə döyüşçülərimizi və səma qalxanımızı gücləndirmək üçün prioritet müdafiə ehtiyacları barədə məlumat verdim. Biz Ukraynaya gələcək makro-maliyyə dəstəyini müzakirə etdik və mühüm beynəlxalq tədbirlər öncəsi addımları əlaqələndirdik”, deyə Zelenski yazıb.

O əlavə edib ki, Sunak ilə Kiyevin Şimali Atlantika Alyansı və Avropa İttifaqına qoşulmaq ambisiyaları barədə danışıb. Zelenski vurğulayıb ki, söhbət zamanı o, Ukraynadakı münaqişənin tam həlli üçün öz sülh formulunun həyata keçirilməsinin vacibliyini qeyd edib.

Zelenski 2022-ci ilin noyabrında 10 bənddən ibarət “sülh formulu” təqdim edib. Onun tələbləri arasında Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması, bütün məhbusların və deportasiya edilmiş vətəndaşların azad edilməsi və BMT Nizamnaməsinə uyğunluq olub.

Samir

0