Latviya Polşadan Ukrayna ilə sərhəddəki blokadanın götürülməsini istədi

16:16 / 01.12.2023
254

Latviya prezidenti Edqards Rinkeviçs polşalı həmkarı Anjey Duda ilə görüşüb. 

HİT.az xəbər verir ki, bu barədə Litva rəhbəri özü məlumat verib.

O qeyd edib ki, danışıqlar çərçivəsində Polşa prezidenti ilə bir sıra məsələləri, o cümlədən Polşa-Ukrayna sərhədindəki vəziyyəti müzakirə edib.

“Biz Polşa prezidenti Andjey Duda ilə şərq sərhədinin cari məsələlərini, eləcə də Polşa-Ukrayna sərhədindəki vəziyyəti müzakirə etdik. Çətin vəziyyəti anlayaraq, malların tədarükünə təsir göstərməmək üçün sərhəd keçidini normallaşdırmağa çağırdım”, deyə Rinkeviçs bildirib.

O, əlavə edib ki, Polşa-Ukrayna sərhədindəki blokadadan əlavə, Duda ilə Avropa İttifaqı və Şimali Atlantika Alyansındakı vəziyyət barədə danışıb. Rinkeviçs vurğulayıb ki, o, polşalı həmkarı ilə Rusiyanın müharibəni davam etdirməsi fonunda Ukraynaya dəstəklə bağlı məsələləri müzakirə edib.

Polşa daşıyıcıları noyabrın 6-dan Ukrayna ilə sərhəddə keçid məntəqələrini bağlamağa başlayıb. Polşa və Ukrayna sərhədində 3 mindən çox yük maşını tıxacdadır. Etirazlara səbəb xidmətlərini xeyli ucuz qiymətə qoyan Ukrayna daşıyıcıları ilə rəqabətdə məğlubiyyət olub.

Samir

0