"Avropa İttifaqının xarici siyasət komissarı Cozep Borrell və Amerika dövlət katibi Entoni Blinken əllərindəki faktlarla qorxaqlıqlarını və hər hansı söhbətdən qorxduqlarını nümayiş etdirdilər".
HİT.az xəbər verir ki, bunu Rusiyanın xarici işlə naziri Sergey Lavrov deyib.
Nazir onların Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasını tərk etməsini belə təsvir edib.
Diplomatın sözlərinə görə, Polşa və Baltikyanı ölkələrin nazirləri, həmçinin Borrel və Blinken görüşdə iştirak etməyiblər.
“Mən inanıram ki, onlar sadəcə qorxaqdırlar, əllərində olan faktlarla hər hansı dürüst söhbətdən qorxurlar”, deyə nazir iddia edib.
Lavrovun sözlərinə görə, eyni qorxu BMT-nin Nyu-Yorkda keçirilən tədbirlərində və Parisdə UNESCO-nun sessiyasında rus diplomatlarına “vizanın verilməməsi ilə bağlı bütün bu hiylələri izah edir”.
"Bu, elementar qorxaqlıqdır", deyə XİN rəhbəri bildirib.
Samir