Makrondan üz tanıma sistemini qadağan etmək tələb edildi

21:36 / 01.12.2023
244

Avropa Parlamentinin üzvləri Fransa prezidenti Emmanuel Makrona açıq məktub yazaraq, Fransa polisini "Briefcam" alqoritmik videomüşahidə proqramından istifadəni qadağan etməyə çağırıblar. 

HİT.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazır.

Nəşrin məqaləsində deyilir ki, Fransa polisinin sifətin tanınması sistemindən istifadə etməklə aparılan araşdırmalar zamanı potensial şübhəli şəxslərin şəxsiyyəti üzə çıxdıqdan sonra Avropa Parlamentinin 45 üzvü məsələni Avropa İttifaqında müzakirə etməzdən əvvəl onlara təzyiq etmək ümidi ilə Fransa hakimiyyəti ilə əlaqə saxlayıb.

“45 sol təmayüllü avropalı deputat respublika prezidenti Makron, baş nazir Elizabet Born və daxili işlər naziri Cerald Darmaninə açıq məktub yazıb və orada bu alətdən (sifətin tanınması sistemi) istifadəni pisləyib və süni intellektin gələcək Avropa tənzimlənməsi çərçivəsində ictimai yerlərdə istifadəsinə qadağa qoyulmasını tələb ediblər", deyə nəşr yazır.

Noyabrın ortalarında məlum olub ki, 2015-ci ildən Fransa polisi İsrailin "Briefcam" şirkətinin proqram təminatından istifadə edir və bu da videodakı şəxsi sifətindən və ya avtomobili nömrə nişanından avtomatik tanımağa imkan verir.

Samir

0