KİV: "Qəzza əməliyyatının 40% tamamlanıb"

DÜNYA
18:00 / 01.12.2023
290

İsrailin Fələstinin Qəzza şəhərindəki əməliyyatı təxminən 40% tamamlanıb. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbi planları ilə tanış olan mənbəyə istinadən yazıb.

“Qəzza şəhəri hələ tam ələ keçirilməyib, amma yəqin ki, əməliyyatın 40%-i tamamlanıb", deyə materialda qeyd edilir.

Üstəlik, nəşrin fikrincə, Qəzza zolağının şimal bölgələrində hərbi əməliyyatların dayandırılması ən azı iki həftə çəkə bilər. Nəşr qeyd edir ki, müvafiq tapşırıqların yerinə yetirilməsi üçün maksimum müddət bir aydır.

Eyni zamanda məqalə müəllifləri vurğulayıblar ki, yəhudi dövlətinin hərbi qulluqçuları da Qəzza zolağının şimalında hərbi əməliyyatların yarımçıq olmasından danışırlar. Jurnalistlərin fikrincə, İsrail Fələstinin HƏMAS hərəkatı ilə “uzunmüddətli qarşıdurma” planlaşdırır.

Dekabrın 1-də İsrail və HƏMAS arasında atəşkəs çərçivəsində dayandırılmış Yaxın Şərq münaqişə zonasında döyüşlər yenidən başlayıb. Noyabrın 24-də atəşkəs elan edilib və bu zaman Fələstin hərəkatı İsraillə razılaşaraq 110 girovu azad edib.

Samir

0