Polşa prezidenti müxalifət liderini baş nazir təyin edə bilər - Şərt açıqlandı

DÜNYA
13:00 / 04.12.2023
253

Polşa prezidenti Anjey Duda Seymdən müvafiq dəstək alacağı təqdirdə müxalifətin Donald Tusku baş nazir vəzifəsinə namizədlyini təsdiq edəcək. 

HİT.az xəbər verir ki, bunu “Radio Zet”in efirində dövlət başçısının köməkçisi Lukaş Rzepetski deyib.

Rzepetskinin sözlərinə görə, dövlət başçısı öz konstitusiya borcunu yerinə yetirməyə hazırdır.

“Əgər Donald Tusk ikinci konstitusiya mərhələsində ixtisaslı səs çoxluğu əldə edə bilsə, o, dərhal prezident Anjey Duda tərəfindən baş nazir vəzifəsinə təyin ediləcək”, deyə köməkçi bildirib.

Oktyabrın 15-də Polşada Seymə seçkilər keçirilib. Hakim Qanun və Ədalət Partiyası (PiS) qalib gəlib. O, 35,4% səs toplayıb, lakin parlamentdə çoxluğunu itirib və 460 yerdən yalnız 194-nü əldə edib. Eyni zamanda, müxalifət partiyaları - Vətəndaş Koalisiyası (VK), Üçüncü Yol və Sol partiyaları ümumilikdə səslərin təxminən 54%-ni qazanaraq 248 yerə sahib çıxıblar. Millətçi və Avroskeptik Konfederasiya Partiyası Seymdə 18 yer ttusa da, digər fraksiyalarla koalisiyaya girmək istəmir.

Noyabrın 13-də Polşa prezidenti Anjey Duda baş nazir Mateuş Moravetskinin istefasını qəbul edərək onu dərhal yeni hökumət başçısı təyin edib. Respublika rəhbəri ona nazirlər kabinetini formalaşdırmağı tapşırıb, jurnalistlərə Moravetskinin planlarını həyata keçirə biləcəyinə inamını bildirib. Eyni zamanda müxalifətin Vətəndaş Koalisiyası, Üçüncü Yol və Sol partiyaları Tuskun rəhbərlik etdiyi yeni hökumətin yaradılması ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb. Noyabrın 27-də Moravetski Polşanın baş naziri kimi and içib.

Samir

0