Polşa baş nazirin seçilməsi prosedurunu dəyişdirmək istəyir

DÜNYA
22:22 / 05.12.2023
341

Polşa Seyminin deputatları baş nazirin namizədliyi üçün səsvermə qaydalarını dəyişməyi planlaşdırır.

HİT.az RMF24-ə istinadən xəbər verir ki, mövcud qaydalara əsasən, deputatlar Polşa hökumətinin başçısına iki dəfə səs verirlər: birincisi, Seym şəxsi səsvermə yolu ilə baş naziri seçir, bundan sonra o, əsas nitqini söyləyir, deputatlar isə yenidən hökumət başçısını və onun təklif etdiyi Nazirlər Kabinetinin tərkibini seçirlər.

Materialda qeyd olunur ki, niyə Seymin iki dəfə baş naziri seçməli olduğu tam aydın deyil. RMF24-ün məlumatına görə, parlamentarilər baş nazirə yalnız bir dəfə səs vermək niyyətindədirlər və ikinci səsvermə ilə hökumətin tərkibini təsdiq edəcəklər.

Oktyabrın 15-də Polşada Seymə seçkilər keçirilib. Hakim Qanun və Ədalət Partiyası (PiS) qalib gəlib. O, 35,4% səs toplayıb, lakin parlamentdə çoxluğunu itirib və 460 yerdən yalnız 194-nü əldə edib. Eyni zamanda, müxalifət partiyaları - Vətəndaş Koalisiyası (VK), Üçüncü Yol və Sol partiyaları ümumilikdə səslərin təxminən 54%-ni qazanaraq 248 yerə sahib çıxıblar. Millətçi və Avroskeptik Konfederasiya Partiyası Seymdə 18 yer ttusa da, digər fraksiyalarla koalisiyaya girmək istəmir.

Noyabrın 13-də Polşa prezidenti Anjey Duda baş nazir Mateuş Moravetskinin istefasını qəbul edərək onu dərhal yeni hökumət başçısı təyin edib. Respublika rəhbəri ona nazirlər kabinetini formalaşdırmağı tapşırıb, jurnalistlərə Moravetskinin planlarını həyata keçirə biləcəyinə inamını bildirib. Eyni zamanda müxalifətin Vətəndaş Koalisiyası, Üçüncü Yol və Sol partiyaları Donald Tuskun rəhbərlik etdiyi yeni hökumətin yaradılması ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb. Noyabrın 27-də Moravetski Polşanın baş naziri kimi and içib.

Samir

0