Bu şəhərlərin sakinlərinə xəbərdarlıq: 7 gün evdən çıxmayın! - FOTO

DÜNYA
23:30 / 05.12.2023
441

Türkiyənin meteorologiya xidməti Mərmərə Bölgəsində yaşayanlara xəbərdar edib. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sakarya, Kocaeli, İstanbul, Yalova və Bursada səmanı 7 gün boyunca qara buludlar alacaq. 

Soyuq və buludlu hava şəraiti ilə əlaqədar sakinlərə yaxın 7 gün ərzində davam edəcək evdə qalmaq, küçəyə çıxmamaq tövsiyə olunub. Həmçinin burada yaşayanlar pəncərə və qapılarını bağlı saxlamalıdırlar.

Edilən açıqlamada, "Göylərin boz və ara-sıra yağan yağışlarla istanbullular bu həftə evdə qalmaqdan zövq alacaqlar. Buludlar 7 gün günəşin üzünü göstərməyəcək" ifadələri işlədilib. Bu vəziyyət xüsusilə yağışı sevən vətəndaşlar üçün bir fürsət ola bilər.

0