İranla İsrail müharibəyə doğru gedir: "Yaxın perspektivdə..."

DÜNYA
11:36 / 01.02.2024
290

"İran və İsrail arasındakı ziddiyyətlər böyüyür".

Bu sözləri politoloq Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu ziddiyyətlərin artmasında HƏMASın rolu böyükdür:

"Məsələ burasındadır ki, İran Yaxın Şərqdə söz sahibi olmaq iddiasından əl çəkmək istəmir. Həmçinin Anqlo-Saks birliyinin Yaxın Şərqin konyukturasında böyük rolu var. İran hal-hazırda daxildə olan narazı xalqı çətinliklə sakitləşdirir. Bundan başqa, İran İsrailə qarşı öz proksi qüvvələrindən istifadə edir və bunu davam etdirəcəyi də aydındır".

Həmsöhbətimiz İsrailin də məqsədlərindən söz açıb:

"İsrailin birinci məqsədi HƏMASı tamamilə məhv etməkdir. Təbii ki, bu da özü-özlüyündə asan məsələ deyil. Üstəlik, HƏMASı məhv etmək İrana qalib gəlmək demək deyil. 

HƏMASdan sonra daha güclü olan "Hizbullah"ı da nəzərə almaq lazımdır. Çünki "Hizbullah"ın daha güclü ordusu var. Bu ordu ilə döyüşmək üçün isə İsrailin çox qüvvə sərf etməsi lazım gələcək".

342847

Ekspert İsrail-İran gərginliyinin nə vəd etdiyi barədə isə bunları söyləyib:

"İran Yaxın Şərqin ən qapalı ölkəsi sayılır. Bu qapalılıq təbii ki, teokratiyadan irəli gəlir. İran neftən qazandığı pulları daha çox öz təhlükəsizliyinin qoruması üçün xərcləyir. İndiki halda İsrail HƏMASla vuruşur. Bu savaş da aylarla davam edə bilər. 

Hətta İran İsrailə cavab olaraq öz proksi qüvvələri ilə cavab verə bilər. Təbii ki, indiki situasiyada İsrail çox ehtiyatlı davranmalıdır. Hesab edirəm ki, HƏMASla vuruşarkən İranın başqa proksi qüvvəsi ilə vuruşması İsraili çox çətin vəziyyətə gətirə bilər".

Rüstəm Tağızadə qeyd edib ki, son günlər ABŞ də İrana qarşı müəyyən ssenarilər fikirləşir:

"Bu ssenarilərin gedişatını da yaxın gələcəkdə görəcəyik. Lakin İsrail və İran arasında birbaşa hərbi toqquşmanın yaxın perspektivdə olmayacağını proqnozlaşdıra bilərik. Çünki İran bunu öz proksi qüvvəsi ilə edir. İsrail isə indiki məqamda İranın HƏMASdan başqa digər proksi qüvvələrinə Suriyada və Livanda zərbələr endirərək cavab verir".

Pərviz

0