Paşinyan nə üçün növbədənkənar parlament seçkilərinə getmək istəyir? - ŞƏRH 

DÜNYA
19:08 / 01.02.2024
365

"Ermənistanın Baş naziri Nikol Paşinyanın növbədənkənar seçkiyə getmək istəməsi başadüşüləndir".

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, 2024-cü ildə dünya miqyasında 80-dən artıq seçki keçiriləcək:

"Buraya prezident, parlament və bələdiyyə seçkiləri daxildir. Həmçinin, bu il Azərbaycan, Rusiya və Türkiyə kimi region ölkələrində də seçki dövrüdür. Həmçinin, ABŞ-də də cari ildə prezident seçkilərinin keçirilməsini qeyd etmək lazımdır. Yəni prinsip etibarilə, Nikol Paşinyanın da seçkilərə getmək istəyi başadüşüləndir".

342887

Həmsöhbətimiz qeyd edib ki, Paşinyan bu gün ölkəsi üçün çox şey etdiyini düşünür:

"O, bir növ etdiklərini qorumağa çalışır. Bunun da ən yaxşı yolu növbədənkənar parlament seçkilərinə getmək və prestijinin yüksək olduğu bir zamanda iqtidarını sağlama almaqdır. Hesab edirəm ki, Paşinyanın seçkiyə getmək istədiyi də məhz bununla bağlıdır".

Turan Rzayevin fikrincə, Paşinyanın seçkilərdən sonra parlamentdəki çoxluğu ələ alma ehtimalı var:

"Üstəlik, Paşinyan bəzi müxalif partiyalara əlavə yerlər təklif edərək onların da dəstəyini qazanmağı hədəfləyə bilər. O, hakimiyyətini möhkəmləndirdikdən sonra isə Qərbə inteqrasiya yolunu daha asan və rahatlıqla tuta biləcək".

Pərviz

0