Putin nə üçün Ermənistanda səs toplaya bilmədi? - "Təəccüblü deyil"

DÜNYA
11:15 / 19.03.2024
343

Rusiya Prezidenti Vladimir Putinin Ermənistandakı seçki məntəqələrində yığdığı səs Kreml üçün şok effekti yaradıb. 

Çünki o, Ermənistanda məğlub olub. Belə ki, Putin İrəvanda da, Gümrüdə də Vladislav Davankovu keçə bilməyib. O, Gümrüdə 21 faiz, İrəvanda isə sadəcə 8 faiz səs toplayıb.

Bəs Putinin ən yaxın müttəfiqlərindən biri olan Ermənistandakı seçki məntəqələrində böyük fərqlə məğlub olmasına səbəb nədir?

346210

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov bunun təəccüblü olmadığını bildirib:

"Çünki Rusiya ilə Ermənistan arasında uzun müddətdir münasibətlər gərgindir. Üstəlik, sözügedən gərginlik hər ötən gün daha da artır. Bəlkə də, Ermənistandakı seçki məntəqələrində Putinin seçilməməsində Baş nazir Nikol Paşinyanın da diqtəsi olub. Belə bir ehtimal da ola bilər". 

Amma ekspert qeyd edib ki, bu, ümumi nəticəyə təsir etmədi:

"Hətta bumeranq effekti verdi. Çünki Vladimir Putin qalib gəldi və pis vəziyyətdə qalan Ermənistan oldu. İstənilən halda bu bir mövqedir. Həm də İrəvanla Moskva arasında real fikir ayrılıqlarının olduğunu təsdiqləyən növbəti faktdır".

Pərviz

0