Qırğızıstan ABŞ-a Rusiya ilə ticarət tərəfdaşlığını dayandırmayacağını elan edəcək

21:00 / 04.04.2024
162

Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov Ali Şuranın iclasında aprelin ortalarında ABŞ-a səfər edəcəyini və burada ölkənin Rusiya ilə ticarət-iqtisadi əlaqələrini dayandıra bilməyəcəyini izah edəcəyini bildirib. 

HİT.az bu barədə TASS-a istinadən xəbər verir.

"Aprelin 14 və 20-də Vaşinqtonda Kambar-Ata-1 Su Elektrik Stansiyasının böyük təqdimatı olacaq və orada mən Rusiya ilə ticarət-iqtisadi əlaqələrimizi tamamilə dayandıra bilməyəcəyimizi izah etməyə çalışacağam", deyə hökumət başçısı bildirib.

Japarov əlavə edib ki, Rusiya Qırğızıstanın strateji tərəfdaşıdır.

Bundan əvvəl o, Qırğızıstanda "Mir" kartlarına xidmətin müvəqqəti dayandırılmasına Latviyadan olan xidmət şirkətinin hədələri səbəb olduğunu bildirib.

Aprelin 3-dən Bişkek vaxtı ilə saat 12:00-dan etibarən ekvayrinq cihazlarında kartlara xidmət, yəni POS terminallarda nağdsız ödənişlər və bankomatlarda nağd pul çıxarılması, həmçinin kartdan karta köçürmələr və internet ödənişləri əlçatan olub.

Samir

 

0