Polşa Ukraynaya qoşun yeritməyəcək

19:58 / 04.04.2024
153

Varşava Polşa qoşunlarının Ukrayna münaqişəsində birbaşa iştirak etməsi ssenarisini nəzərdən keçirmir. 

HİT.az xəbər verir ki, bunu yerli PAP xəbər agentliyinə istinadən ölkənin baş naziri Donald Tusk deyib.

Aprelin 4-də hökumət başçısı Qlivitse şəhərində mətbuat konfransı keçirib. Tədbir zamanı o, Fransa prezidenti Emmanuel Makronun Qərb əsgərlərinin Ukraynaya mümkün göndərilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

"Hazırda Makrona dediklərimi, digər liderlərə dediklərimi təkrarlaya bilərəm. Polşa Ukrayna ərazisindəki münaqişədə birbaşa iştirakını nəzərdə tutmur", deyə Tusk bildirib.

Aprelin 4-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, müəyyən şərtlər daxilində Ukrayna münaqişəsi indiki coğrafi çərçivədən kənara çıxa və tamam başqa miqyas ala bilər. Diplomatın sözlərinə görə, bu, o zaman baş verəcək ki, NATO-ya üzv olan ölkələrdən heç olmasa biri avantürizmə boyun əyib döyüş bölgəsinə qoşun yeritsin.

Samir

0