Qaqauziya rəhbəri Moldova parlamentinin sədrini məhkəməyə verci

DÜNYA
21:55 / 22.05.2024
251

Moldova Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul parlamentin sədri İqor Qrosunun ittihamları ilə bağlı məhkəməyə müraciət edib. 

HİT.az xəbər verir ki, bu barədə “Sputnik Moldova” "Telegram" kanalı yazıb.

Qeyd olunur ki, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia məhkəmələrin saytında dərc olunub.

Qutsul jurnalistlərə deyib ki, Moldova prezidenti Maya Sandu, parlament sədri İqor Qrosu və hakim partiyadan olan deputatlar, demək olar hər gün ona qarşı əsassız ittihamlar irəli sürürlər, cinayətkarlarla əlaqədə ittiham edirlər.

Bundan əvvəl Qutsul bildirib ki, Moldova prezidenti Moldovanın ictimai televiziyasına nəzarət etməyə çalışır və onu partiya ruporuna çevirmək istəyir. Onun sözlərinə görə, Qaqauziyanın GRT televiziya və radiosu müxalifət partiyalarının nümayəndələrinin dəvət olunduğu və həssas məsələləri qaldırmaqdan çəkinmədiyi azsaylı telekanallardan biridir.

Aprel ayında Moldova prokurorluğu Qaqauz muxtariyyətinin rəhbəri Qutsula qarşı ölkədə fəaliyyəti qadağan edilmiş Şor partiyasını maliyyələşdirmək işi üzrə məhkəməyə müraciət edib.

Samir

0