“Luiziana dəhşəti” adı ilə məşhur olan Luiziana bataqlıqları tamamilə yox ola bilər. Hadisələrin bu cür inkişafından qorxan elm adamları bunun səbəbini dəniz səviyyəsinin artması ilə əlaqələndirirlər.
Kornell Universiteti və Luiziana Dövlət Universitetinin əməkdaşlarının apardıqları tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
2016-cı ildə alimlər ərazidəki cənub qamışı kollarının sayında azalma qeydə alıblar, onların yerində isə palçıq yataqları əmələ gəlib. Əvvəlcə tədqiqatçılar bunun qeyri-invaziv həşəratların yayılması səbəbindən baş verdiyini güman ediblər. Lakin səkkiz il ərzində aparılan müşahidələr nəticəsində buna iqlim böhranı ilə əlaqəli ekoloji streslərin birləşməsinin səbəb olduğu aşkar edilib.
Luiziana bataqlıqlarının yerləşdiyi Missisipi deltasını dəniz səviyyəsinin qalxması səbəbindən duzlu okean suları basmağa başlayıb. Bu, torpaqda bitkilər üçün lazım olan oksigenin azalmasına səbəb olub və bu onları qasırğaya və quraqlığa daha az dayanıqlı edib. Öz növbəsində, bu cür dəyişikliklər duzlu suların qitənin daxilinə doğru irəliləməsinə rəvac verə bilər.//.//Azərtac