"ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı gizli razılaşma var" - ŞOK AÇIQLAMA

DÜNYA
11:03 / 05.07.2024
479

"Əgər ABŞ həqiqətən müharibənin Ukraynanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatmasını istəsəydi,  bunun üçün daha güclü və daha real addımlar ata bilərdi". 

Bu sözləri "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, rəsmi Vaşinqton hazırda Ukraynaya ancaq döyüşə biləcək qədər dəstək verir:

"Yəni dəstəyin əsas məqsədi müharibənin davam etdirilməsidir. ABŞ Ukraynaya həqiqətən dəstək olmaq istəsəydi, çoxdan "F-16" qırıcı təyyarələri tədarük edərdi. Hələ bu, ən elementar nümunədir. Amma bu addım belə atılmır".

353508

Politoloq hesab edir ki, ABŞ Rusiya ilə üz-üzə gəlmək istəmir:

"Həmçinin, rəsmi Vaşinqton belə addımları ilə süni şəkildə idarə olunan böhran yaratmış olur. Belə ki, ABŞ Ukraynanı silahlandırdığı üçün Rusiya da adekvat cavab verməyə məcbur qalır. Rəsmi Kiyev bəlkə də çoxdan müharibəni dayandırar və ya sülh müqaviləsi imzalayardı. Amma Ağ Ev buna imkan vermir".

Ekspert onu da qeyd edib ki, artıq Ukraynanın geri çəkilmə şansı da qalmayıb:

"Əgər Kiyev hakimiyyəti geri addım atsa, ABŞ tərəfi silah verməyi dayandıracaq və Rusiyanın Ukraynanı bir günə məhv edəcəyi yönündə bəyanat verəcək. Bu gün dünya siyasi xəritəsinin yenidən formalaşması prosesi gedir. ABŞ və Rusiya kimi böyük aktorlar həmin siyasi xəritəni yenidən formalaşdırır, habelə təsir gücü uğrunda mübarizə aparırlar".

Kənan Novruzovun fikrincə, Ukrayna Rusiya və Qərb arasında bölünə bilər:

"Bəlkə də Rusiya ilə ABŞ arasında gizli razılaşma var. Mən bunu istisna etmirəm. Yəni razılaşmaya əsasən Ukrayna gələcək perspektivdə Rusiya və Qərb arasında bölünə bilər. Düşünürəm ki, bu halda Rusiya işğal etdiyi ərazilərdə qalacaq, Ukrayna isə qalan hissəsi ilə NATO-nun üzvü olacaq". 

Pərviz

0