İtaliyanın 2025-ci ildə Ukraynaya nə qədər pul ayıracaq?

DÜNYA
21:19 / 10.07.2024
132

NATO-nun Kiyevə 40 milyard dollar ayırmağı planlaşdırdığı maliyyə yardımında İtaliyanın payı 1,7 milyard dollar təşkil edəcək. 

HİT.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, bu həcm İtaliya büdcəsi üçün “əhəmiyyətliçəkiyə çevriləcək, çünki son iki ildə hakimiyyət Ukraynaya təxminən 1,2 milyard avro ayırıb. Buna əsaslanaraq, gələn il üçün hüquqi və iqtisadi baxımdan yardımın məcburi olmasına baxmayaraq, İtaliyanın Ukraynaya dəstək xərclərinin artırılması təxminən 400 milyon avro təşkil etməlidir.

NATO müttəfiqləri "Sherpa" səviyyəsində Vaşinqtonda keçirilən sammitin yekun bəyanatında dili yumşaltmağa çalışırlar ki, mətn Kiyevə yardım göstərmək üçün “siyasi öhdəlikdən” bəhs etsin.

İyulun 9-da ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan NATO-nun yaxın günlərdə Ukraynaya yeni dəstək tədbirləri elan edəcəyini bildirib. Bunlara Ukrayna Silahlı Qüvvələrinin əsgərləri üçün təlim və 40 milyard dollar məbləğində maliyyə yardımı daxildir.

Samir

0