Viktor Orban: "Sülhməramlı missiya üçün cibimdə bir neçə kozır var"

DÜNYA
19:56 / 13.09.2024
180

Macarıstan Ukrayna münaqişəsinin həlli ilə bağlı təşəbbüsləri davam etdirəcək. 

HİT.az xəbər verir ki, bunu baş nazir Viktor Orban deyib.

Macarıstan liderinin sözlərinə görə, onun sülhməramlı missiya üçün cibində daha bir neçə kozır var. O qeyd edib ki, bundan sonra da sülhün yaxınlaşması üçün gözlənilməz təşəbbüslər irəli sürəcək.

Sentyabrın 8-də Orban gərginliyin qarşısını almaq və Ukraynada münaqişəni həll etmək üçün sülhməramlı missiya üzərində işləməyə davam etdiyini açıqlayıb. Macarıstanın baş naziri həmçinin bildirib ki, dünya sistemində dəyişiklik yaxınlaşır. Onun fikrincə, birqütblü dünya nizamına deyil, ABŞ-ın uduzan tərəfə çevrilə biləcəyi çoxqütblü dünya nizamına ümid etmək lazımdır.

Macarıstanın baş naziri iyul ayında sülhməramlı missiyası çərçivəsində Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski, həmçinin Çin prezidenti Si Szinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Donald Trampla görüşlər keçirib. Bundan sonra o, münaqişənin həlli ilə bağlı planını Avropa İttifaqına təhvil verib.

Samir

0