"Panama kanalı panamalılar üçün ölkə sakinlərini birləşdirən bir dindir, ona görə də heç kimə, o cümlədən ABŞ-a satılmayacaq".
HİT.az TVN-yə istinadən xəbər verir ki, bunu Panama xarici işlər naziri Xavyer Martinez Aça deyib.
"Panamalılar üçün kanal qiymətsizdir və bizi birləşdirən bir dindir. Panamalıların mülkiyyəti olan kanal heç kimə heç bir imtiyaz verilmədən bütün beynəlxalq ictimaiyyətə, xüsusən də ABŞ-a uğurla xidmət edir", deyə nazir bildirib.
Aça həmçinin vurğulayıb ki, kanaldan istifadədən ən çox gəliri Amerikanın Hyuston limanı əldə edir.
TVN qeyd edir ki, bundan əvvəl respublikaçı konqresmen Dasti Conson ABŞ prezidentinə kanalın bir dollara alınması ilə bağlı danışıqlar aparmağa imkan verən təşəbbüs irəli sürüb.
Bu həftə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, Kanada və Qrenlandiya ABŞ-a qoşulmalıdır. O əlavə edib ki, həmçinin Panama kanalını Amerikanın nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir. Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb.
Samir