Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İsraillə atəşkəslə bağlı HƏMAS ilə danışıqlar aparır.
Hit.az xəbər verir ki, bu barədə Türkiyənin dövlət telekanalı “TRT Haber” məlumat yayıb.
“Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri HƏMAS-ın siyasi büro rəsmiləri ilə İsrail və HƏMAS arasında atəşkəs əldə etmək səyləri ilə bağlı danışıb”, - məlumatda deyilir.
Söhbət telefonla baş tutub.
“Söhbət zamanı danışıqlarda əldə olunan irəliləyiş və yekun nöqtəyə nail olunması müzakirə olunub. Atəşkəs səylərinin davam etdirilməsi razılaşdırılıb”, - deyə telekanal qeyd edib.
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında İsrail və HƏMAS arasında girovların dəyişdirilməsi sazişini müzakirə edib.
Samir