Amerika tərəfi Çinlə uğurla rəqabət aparmaq üçün hərbi qüvvələrini modernləşdirməyə yanaşmasını dəyişməlidir.
HİT.az “The New York Times”a (NYT) istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Hava Hərəkəti Komandanlığının Xüsusi Proqramlar üzrə direktoru Maksimilian Bremer və Stimson Mərkəzinin Yenidən Düşünülən Böyük Strategiya Proqramının baş elmi işçisi Kelli Qriko bildiriblər.
“İstənilən sülh ordusu üçün ən böyük problem növbəti müharibəyə hazırlaşmaqdır. Bu, böyük nəticələri olan bir qumardır", deyə məqalədə qeyd edilir.
Nəşrin müəlliflərinin fikrincə, ABŞ-ın hazırkı lideri Donald Trampın administrasiyası “sadəcə pilotsuz təyyarələr almaqdan daha çox iş görməli” və Pentaqonun aldığı silahların növünü dəyişdirməlidir. Yeni hökumət silahlar hazırlamalı və onların əldə edilməsi və orduya daxil edilməsi sürətinə nəzarət etməlidir.
Fevralın 2-də Tramp Meksika, Kanada və Çindən gələn mallara rüsumların tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Meksika və Kanada üçün tarif dərəcəsi 25%, Çin üçün isə 10% idi. Daha sonra Vaşinqton bu ölkələrdən gələn mallara 25% idxal rüsumunu 30 gün müddətinə dayandırdı, lakin Çindən gələn mallara tətbiq edilməyib.
Samir