Öz qızını 24 il zirzəmidə saxlayaraq ona təcavüz edən avstriyalı serial qatil Cozef Fritzl 2026-cı ilə qədər şərti azadlığa çıxa bilər.
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “Mirror” nəşrinə məhbusun vəkili Astrid Vaqner məlumat verib.
2024-cü ilin may ayında 89 yaşlı Fritzl cinayətkarlar üçün psixiatriya xəstəxanasından adi həbsxanaya köçürülüb. Daha sonra məhkəmə manyakın artıq təhlükəli hesab edilmədiyi və onun psixiatriya mərkəzində saxlanmasına ehtiyac olmadığı barədə qərar qəbul edib.
"Biz mart ayında məhkəmə proseduruna başlayacağıq və şərti azadlığa buraxılmasını istəyəcəyik, əgər məhkəmə bunu rədd edərsə, biz apellyasiya şikayəti verəcəyik və onun vəziyyətini nəzərə alaraq, onun gələn ilə qədər azad ediləcəyinə inanıram", deyə Vaqner bildirib.
Onun sözlərinə görə, kişi hər gün törətdiyi cinayətlərdən peşman olur. Vaqner əlavə edib ki, qohumlar artıq Fritzllə məşğul olmaq istəmirlər.
2008-ci ilin aprelində dünya öz qızı Elizabeti Vyanadan 130 km aralıda yerləşən Amstetten qəsəbəsindəki öz evinin zirzəmisində 24 il xüsusi tikilmiş beton kamerada saxlayan manyak Fritzlin şok hekayəsini öyrənib. Cinayətkar biri sağ qalmayan yeddi uşaq dünyaya gətirdiyi qızı zorlamaqda və qanunsuz olaraq ələ keçirməkdə ittiham olunub.
20 ildən artıqdır ki, təkcə Fritzl ailəsinin qonşuları deyil, Elizabetin anası da əmin olub ki, 1984-cü ildə qız məzhəbçilərlə birlikdə evdən qaçıb. Bunu Elizabetin əli ilə yazdığı və onu axtarmamağı xahiş etdiyi məktub da təsdiqləyib.
Samir