İlon Maskdan ağır ittiham: "Reuters"ə milyonlarla dollar ödənilib

DÜNYA
13:46 / 13.02.2025
62

Amerikalı iş adamı və Dövlət İdarəetmə Effektivliyi Departamentinin rəhbəri (DOGE) İlon Mask "Reuters" agentliyinin auditoriyanı yanıltmaq üçün ABŞ hökumətindən milyonlarla dollar aldığını iddia edib.

HİT.az xəbər verir ki, milyarder bu barədə X sosial şəbəkəsində bildirib.

"Hökumət cəmiyyəti genişmiqyaslı şəkildə yanıltmaq üçün milyonlarla dollar ödəyib. Müqavilədə bəhs edilən məhz budur", deyə o, agentliyə ödənilməsi güman edilən ödənişlərin skrinşotlarını paylaşan istifadəçinin yazısına cavab verib.

X istifadəçisi bildirib ki, Pentaqon agentliyə "sosioloji" layihələr üçün 9 milyon dollar ödəyib. İlon Mask "Reuters"in fəaliyyətini "tamamilə aldatma" adlandırıb.

Samir

0