Niderland Ukraynaya birbaşa hərbi dəstək göstərmək imkanlarını itirib. Bu barədə ölkənin müdafiə naziri Dilan Yeşilqoz-Zegerius bildirib.
HİT.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Nazir qeyd edib ki, digər ölkələri Ukraynaya yardım etməyə çağıracaq, lakin Niderland artıq bacardığı qədər dəstək göstərib.
"Niderland olaraq artıq imkanlarımız qalmayıb, çünki biz çox iş görmüşük", deyə nazir vurğulayıb.
Yeni "Patriot" raketləri ilə bağlı müraciətlər barədə suala cavab verən Yeşilqoz-Zegerius bildirib: "Biz imkanlarımızın son həddinə çatmışıq".
"Bloomberg" xatırladıb ki, Niderland Ukraynaya hərbi dəstək üçün 9,1 milyard avro (10,4 milyard dollar) xərcləyib, daha 11,6 milyard avro vəsaitin isə xərclənməsi planlaşdırılır. Hazırda ölkə Avropalı müttəfiqlərin Ukrayna üçün ABŞ silahlarını maliyyələşdirdiyi "PURL" proqramı çərçivəsində 1 milyard avro ayırıb.
Daha əvvəl "The New York Times" yazmışdı ki, Ukrayna "Patriot" sistemlərindən istifadə yanaşmasını dəyişib. Məhdud ehtiyatlar və Rusiyanın davamlı hücumları səbəbindən ukraynalılar qaydaları yenidən nəzərdən keçirməli olduqlarını tezliklə anlayıblar.
Jurnalistlərin qeyd etdiyi kimi, taktikanın təkamülü də döyüş aparılmasının mühüm modelinə çevrilir. Belə ki, İranda baş verən müharibə və Fars körfəzindəki hücumlar dünyada ən müasir "Patriot" tutucu raketlərinin ehtiyatlarını azaldıb.
Bununla yanaşı, müdafiə məhsulları istehsal edən "First Contact" şirkətinin təsisçisi Valeri Borovik Ukraynanın "Patriot" raketləri üçün lisenziya alıb-almayacağı barədə açıqlama verib. Onun sözlərinə görə, bu vasitələrin lisenziya əsasında istehsalı həssas məsələdir.
"Bu, asan proses olmayacaq. Bu il onun razılaşmaların imzalanması ilə başa çatmaya biləcəyi də mümkündür. Tələbatı yüksək olan keyfiyyətli məhsullara gəldikdə, şirkətlər istehsalın genişləndirilməsi və başqa ölkələrə ötürülməsi məsələsinə çox ehtiyatla yanaşırlar", deyə ekspert bildirib.
Samir


