KİV: Ukraynaya kömək etmək istəyən ölkələrin sayı azalır

DÜNYA
14:14 / 15.07.2026
42

"İstəklilər koalisiyası"nda Ukraynaya yardım göstərməyə hazır olan ölkələrin sayı getdikcə azalır. 

HİT.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" nəşri yazıb.

Qeyd olunur ki, koalisiyanın tərəfdaşları ilk növbədə öz təhlükəsizlik və sabitliklərini qorumağa diqqət yetirirlər.

"Nəşrin məlumatına görə, onlar bir-birinə dəstək verirlər, çünki bəzi ölkələr tərəddüd etməyə başlayır", deyə məqalədə bildirilir.

Müəlliflər qeyd edirlər ki, 2023-cü ildən etibarən Avropa İttifaqında faktiki olaraq Ukraynaya hərbi yardım göstərən ölkələrin sayı kəskin azalıb. Belə ki, 2023-cü ildə bu say 21 ölkə olduğu halda, 2026-cı ildə cəmi 14 ölkə təşkil edib.

Bundan əvvəl "Der Spiegel" yazmışdı ki, Fransa Prezidenti Emmanuel Makron Parisdə "istəklilər koalisiyası"nın görüşünü təşkil edib və bununla Rusiya Prezidenti Vladimir Putinin diqqətini cəlb etməyə çalışıb.

Nəşrin məlumatına görə, Fransa liderinin təşəbbüsü ilə yaradılan birlik Moskvanın bu addımları ciddi qəbul edəcəyinə ümid edir. "Ukraynanın dostları klubu"nun fəaliyyətində NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də iştirak edib.

İyulun 13-də Parisdə "istəklilər koalisiyası"nın sammiti keçirilib. İştirakçılar Ukraynaya qonşu ölkələrdə hərbi təlimlərin keçirilməsi barədə qərar qəbul edib, cari ildə Kiyevə hərbi yardımın ayrılması kursunu təsdiqləyib, Ukraynada "Patriot" raketlərinin lisenziyalı istehsalı və ukraynalı mütəxəssislərin iştirakı ilə "yeni Avropa raket əleyhinə müdafiə sisteminin" yaradılması məsələlərini müzakirə ediblər.

Samir
 

0