Böyük Britaniyada təkrarlanan ekstremal istilər 2026-cı ilin mayından iyulun sonunadək ölkə iqtisadiyyatına 4,4 milyard funt sterlinq zərər vurub. Ən böyük itki iyun ayında qeydə alınıb və 2,36 milyard funt sterlinq təşkil edib.
HİT.az xəbər verir ki, bu barədə "The Guardian" müstəqil analitik mərkəz Verdantın məlumatlarına istinadən xəbər yayıb.
Ekspertlər hər il anomal istilərin güclənməsini qlobal iqlim dəyişikliyinin birbaşa nəticəsi hesab edir və vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edirlər.
Verdantın hesablamalarına görə, anomal istilərin son onillikdəki sürətlə artması davam edərsə, 2030-cu ilə qədər illik iqtisadi zərər 25 milyard funt sterlinqi keçə bilər.
Bu məbləğə yalnız istehsal itkiləri daxildir. Meşə yanğınları ilə mübarizə xərcləri və kondisionerlərdən istifadənin artması nəticəsində elektrik enerjisinə əlavə tələbat nəzərə alınmayıb.
Hesabatın müəllifləri hökuməti işçilərin və biznesin qorunması üçün tədbirlər görməyə çağırıblar. Onlar, xüsusilə, iş zamanı icazə verilən maksimal temperatur həddinin müəyyənləşdirilməsini və iş saatlarının azaldılması nəticəsində yaranan itkilərin kompensasiya edilməsinə hazır olmağı təklif ediblər.
Samir


