ABŞ və Yaponiya dünyanın ən dərin sualtı nadir torpaq elementləri mədənini yaratmaq istəyir

DÜNYA
15:15 / 13.08.2026
45

ABŞ və Yaponiya Sakit okeanda nadir torpaq minerallarının hasil ediləcəyi dünyanın ən dərin sualtı mədənini yaratmağı planlaşdırır. 

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, mədən Tokiodan təxminən 2 min kilometr cənub-şərqdə yerləşən Minamitorişima adasının yaxınlığında, nadir torpaq elementlərinin dərin sualtı yataqlarının kəsişdiyi ərazidə qurula bilər. Sözügedən quru sahəsinin ərazisi təxminən 1,5 kvadratkilometrdir. Mədən isə okeanın təxminən 6 kilometr dərinliyində yerləşəcək.

Hudson İnstitutunun baş elmi əməkdaşı Uilyam Çou bildirib: "Minamitorişima ambisiyalı layihədir, lakin o, Yaponiya və ABŞ-a yataqdan maqnit istehsalına qədər nadir torpaq elementləri üzrə tam qapalı təchizat zənciri yaratmağa imkan verə bilər. Bu isə Çinin həmin sahədəki təsirini azaltmağa kömək edəcək."

Agentliyin məlumatına görə, əvvəllər layihə ilə bağlı bütün tədqiqat işlərini Yaponiya aparıb. Lakin hazırda bir sıra ABŞ şirkətləri də bu layihəyə maraq göstərir. Mənbənin sözlərinə görə, onların arasında "Deep Reach Technology" də var.

Jurnalistlər vurğulayıblar ki, ABŞ təşkilatlarının layihədə iştirakı təşəbbüslə bağlı mövcud problemlərin həllinə imkan verə bilər.

Samir

0