"Mattel" aktrisanın 100 illiyi münasibətilə Merilin Monro obrazında kukla təqdim etdi

DÜNYA
17:07 / 19.08.2026
64

Amerikanın “Mattel” şirkəti aktrisa Merilin Monronun anadan olmasının 100 illiyi münasibətilə onun obrazında “Barbie” kuklası buraxıb. 

HİT.az xəbər verir ki, oyuncağın görünüşü aktrisanın “Centlmenlər sarışınlara üstünlük verir” filmindəki geyimindən ilhamlanıb.

Məşhur səhnədə aktrisa “Diamonds Are a Girl's Best Friend” mahnısını ifa edib. Monro həmin səhnədə arxasında böyük bant olan fuşya rəngli paltar və brilyant boyunbağı taxıb.

“Paltara uyğun möhtəşəm əlcəklər taxmış və üzərində “brilyant” səpintisi olan Barbie əbədi parlayacaq əfsanəyə hörmətini ifadə edir”, – şirkətin saytında bildirilib.

Yeni kuklanın qiyməti 81 dollardır. Bu, “Mattel”in Merilin Monrodan ilhamlanaraq hazırladığı ilk “Barbie” seriyası deyil. Şirkət 1997–2002-ci illərdə “Yeddinci ilin qaşınması”, “Milyonerlə necə evlənməli” və “Şahzadə və rəqqasə” filmlərindəki obrazlardan ilhamlanan kuklalar da buraxıb.

Merilin Monro 1962-ci ildə 36 yaşında vəfat edib. Psixiatrik ekspertiza qrupu onun ölümünün ehtimal olunan səbəbini intihar kimi qiymətləndirib. Sonradan bu versiya Los-Anceles prokurorluğu tərəfindən də təsdiqlənib. Qurum ölümün zorakı xarakter daşıdığına dair əlamətlərin aşkarlanmadığını bildirib.

Samir

0