Çin ilk dəfə raketin birinci pilləsini uğurla quruya endirməyə nail olub.
HİT.az xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
“LandSpace” şirkətinin “Zhuque-3” raketi avqustun 19-da Moskva vaxtı ilə saat 02:35-də Çinin şimalındakı Tsyütsüan kosmodromundan buraxılıb. İkinci pillədən ayrıldıqdan sonra birinci pillə ölkənin şimal-qərbində yerləşən Qansu əyalətinin Minçin rayonundakı xüsusi meydançaya uğurla eniş edib.
İyul ayında “Sinxua” Çinin “Long March 10B” raketinin birinci pilləsinin ilk dəfə dəniz platformasına idarə olunan yumşaq eniş etdiyini bildirmişdi.
“Zhuque-3” bir nüvəli, iki pilləli raketdir. Onun uzunluğu 66,1 metr, gövdəsinin diametri 4,5 metr, faydalı yük örtüyünün diametri isə 5,2 metrdir. Raket paslanmayan poladdan hazırlanıb və metanla işləyən mühərriklərlə təchiz olunub.
Samir


